Saymon Stil: "Sıfır emissiyalı gələcək reallığa çevrilir"

Saymon Stil: "Sıfır emissiyalı gələcək reallığa çevrilir" Sıfır emissiyalı gələcək getdikcə daha real olur.
COP29
17 May , 2024 12:16
Saymon Stil: Sıfır emissiyalı gələcək reallığa çevrilir

Sıfır emissiyalı gələcək getdikcə daha real olur.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bütün ölkələr gələn ilin əvvəlinə qədər Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim etməli olacaqlar: “Bu töhfələr təkcə emissiyaların azaldılmasına deyil, həm də insanların iqlim dəyişikliyinin təsirlərindən qorunmasına, iş yerlərinin artırılmasına və inklüziv iqtisadi artımın təmin edilməsinə yönəlmiş qlobal dəyişikliklər üçün əsas olmalıdır”.

S.Stil qeyd edib ki, bir çox ölkələr üçün bu cür planların həyata keçirilməsi və hədəflərə çatılması, yeni bir maliyyələşdirmə müqaviləsi barədə razılığa gələcəklərindən asılıdır: “İqlim səyləri ilə bağlı şəffaf hesabatların verilməsi etimadın yaradılması və ambisiyaların artırılması üçün də vacibdir”.

Son xəbərlər

Orphus sistemi