Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib

Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib COP29 iqlim konfransının ilk günündə tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyişə nail olub . Vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəliblər. Bu, yaxşı başlanğıcdır.
COP29
12 Noyabr , 2024 11:58
Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib

COP29 iqlim konfransının ilk günündə tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyişə nail olublar.

"Report"un məlumatına görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda keçirilən iqlim konfransının ikinci günündə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib.

"Bu, yaxşı başlanğıcdır, 10 ildən artıq fəaliyyətin nəticəsidir. Maddə 6 BMT-nin hansısa bürokratiyası deyil. Karbon bazarlarının işə salınması ölkələrə emissiyaları azaltmaqdan daha sürətli və daha ucuz iqlim planlarına nail olmağa kömək edəcək. Bu onillikdə emissiyaları yarıya endirmək üçün hələ çox yolumuz var. Lakin COP29-da karbon bazarlarında qələbə bizə yarışa qayıtmağa kömək edəcək. Biz inkişaf etməkdə olan ölkələrin yeni maliyyə axınlarından faydalanmasını təmin etməliyik. Nəzərdə tutulan bütün işlərin davam etdirilməsi üçün 6-cı maddə üzrə hələ çox iş görülməlidir”, - S.Stil qeyd edib.

Son xəbərlər

Orphus sistemi