BMT rəsmisi: COP29-da iddialı iqlim maliyyə nəticələrinə nail olmaq olar

COP29
  • 28 oktyabr, 2024
  • 10:09
BMT rəsmisi: COP29-da iddialı iqlim maliyyə nəticələrinə nail olmaq olar
Saymon Stil

İddialı yeni iqlim planları investisiyaların cəlb edilməsi, iqtisadi inkişafın stimullaşdırılması, imkanlar, iş yerlərinin sayının artırılması, çirklənmənin səviyyəsinin azaldılması əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin 2024-cü il üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs) üzrə ümumiləşdirici hesabatı ilə bağlı bəyanatında deyilir.

Bəyanatda o da vurğulanır ki, sağlamlığın yaxşılaşdırılması və xərclərin azaldılması, təmiz enerjinin təhlükəsizliyi və əlçatanlığının artırılması üçün son dərəcə vacibdir, onlar, həmçinin bir çox digər müsbət dəyişikliklərə töhfə verə bilər.

Onun sözlərinə görə, bu gün dərc olunan NDCs hesabatı "qeyri-qənaətbəxş"ə son qoyacaq və sürətlənmənin yeni mərhələsinə start verəcək dönüş nöqtəsi olmalıdır. S.Stil xatırladıb ki, bu, ölkələrdən daha iddialı milli iqlim planları gözlənildiyi bir fonda baş verir: “Eyni zamanda, daha iddialı yeni milli iqlim planları nəinki iqlim xaosunun qarşısını ala bilər - düzgün yanaşma ilə onlar insanların yeni səviyyəyə qalxmasına, eləcə də hər bir ölkədə rifaha gətirib çıxara bilər".

İcraçı katib qeyd edib ki, ölkələr hazırda gələn il təqdim edilməli olan yeni NDCs-lərin hazırlanması üzərində işlədiyindən bu ilin hesabatı gələn il gözlənilən və tələb olunanlarla müqayisədə yalnız cüzi irəliləyiş göstərir: "Milli iqlim planlarının növbəti mərhələsi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin və müvafiq hədəflərin iddialarının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin etməlidir".

Yekun olaraq, S.Stil bildirib ki, ölkə nümayəndələri COP28-də Birləşmiş Ərəb Əmirlikləri Konsensusunda təsbit edilmiş vədləri praktikada həyata keçirməyə hazır şəkildə Bakıya gəlməlidirlər. Bu isə bərpa olunan enerji mənbələrinin üçqat artırılmasını, uyğunlaşma üzrə qlobal hədəfi, bütün növ qalıq yanacaqlardan imtina edilməsini və s. nəzərdə tutur.

"COP29 təşəbbüskar sessiya olmalı və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla iqlim maliyyələşdirilməsi üzrə konkret və iddialı nəticələrin əldə olunmasını təmin etməlidir. Bu cür dəstəyin hər bir ölkəni və qlobal iqtisadiyyatı iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq üçün ən vacib vəzifələrdən biri olduğunu qəbul etmək lazımdır", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti