Samoanın ekologiya naziri: Ən həssas ölkələri nəzərə alan NCQG olmadan iqlim hədəflərinə nail olmaq mümkün deyil

Samoanın ekologiya naziri: Ən həssas ölkələri nəzərə alan NCQG olmadan iqlim hədəflərinə nail olmaq mümkün deyil İqlim dəyişikliyi artıq buradadır, dünyanın üzləşdiyi daha isti yay və soyuq qış bu iqlim problemlərini həll etmək üçün ən az potensiala malik olan ən həssas ölkələri daha çox itkilərlə üz-üzə qoyur.
COP29
19 Noyabr , 2024 13:18
Samoanın ekologiya naziri: Ən həssas ölkələri nəzərə alan NCQG olmadan iqlim hədəflərinə nail olmaq mümkün deyil

İqlim dəyişikliyi artıq buradadır, dünyanın üzləşdiyi daha isti yay və soyuq qış bu iqlim problemlərini həll etmək üçün ən az potensiala malik olan həssas ölkələri daha çox itkilərlə üz-üzə qoyur.

“Report” xəbər verir ki, bunu Samoanın təbii sərvətlər və ətraf mühit naziri Toeolesulusulu Sedrik Şuster COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda Kiçik Ada Dövlətləri Alyansı adından çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, COP29 təsirlərin yumşaldılması istiqamətində əhəmiyyətli nəticəni təmin etməlidir ki, bu da inkişaf etməkdə olan ölkələrə keçən il BƏƏ konsensusu çərçivəsində əldə edilmiş razılaşmanı irəli aparmağa imkan verəcək. Bu isə 1.5 dərəcə hədəfinə nail olmaq və planetin təhlükəsizliyi və rifahını təmin etmək üçün son dərəcə vacibdir. Yeni yaradılmış İtki və Zərər Fondu fəaliyyətə başlamalıdır.

Nazir həmçinin Azərbaycan hökumətinə səmimi qonaqpərvərliyə və konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi