Samir Süleymanov: "Azərbaycanın СOP29-un yekunları üzrə uğur qazanmaq üçün hər cür şansı var"

Samir Süleymanov: "Azərbaycanın СOP29-un yekunları üzrə uğur qazanmaq üçün hər cür şansı var" Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yekunları üzrə uğur qazanmaq üçün hər cür şansı var.
COP29
6 İyun , 2024 17:14
 Samir Süleymanov: Azərbaycanın СOP29-un yekunları üzrə uğur qazanmaq üçün hər cür şansı var

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yekunları üzrə uğur qazanmaq üçün hər cür şansı var.

“Report” xəbər verir ki, bunu COP28-in iqlimin maliyyəsi üzrə direktoru Samir Süleymanov Bakı Enerji Forumunun II günündə deyib.

“COP-da sədrliyin BƏƏ-dən Azərbaycana keçməsi həm coğrafi, həm də digər göstəricilər baxımından uğurlu amildir. Hər iki ölkənin qaldırılan məsələlərə, məsələn, enerji səmərəliliyinə dair baxışı eynidir. Buna görə də mən həqiqətən ümid edirəm ki, artıq əldə edilmiş nəticələrə əsaslanaraq, biz irəliləyə doğru gedə biləcəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, məsələ təkcə iqlim dəyişikliyinin qarşısının alınmasına dair tədbirlərin maliyyələşdirilməsindən getmir, çünki istənilən məbləğdə maliyyə vəsaiti cəlb edilə bilər. “Qarşıya qoyulan məqsədləri yerinə yetirə bilən ölkələr olmalıdır”.

S.Süleymanov hesab edir ki, hər bir ölkənin karbondan təmizlənmiş iqtisadiyyat qura bilmələri üçün onların real imkanları nəzərə alınmalıdır.

Xatırladaq ki, bu ilin noyabrında COP29 tədbiri Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-un plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi