Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir

Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir Azərbaycan COP29-a sədrliyi zamanı Səudiyyə Ərəbistanına birgə təşəbbüslər və tədbirlər həyata keçirməyi təklif edir.
COP29
23 Sentyabr , 2024 20:09
Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir

Azərbaycan COP29-a sədrliyi zamanı Səudiyyə Ərəbistanına birgə təşəbbüslər və tədbirlər həyata keçirməyi təklif edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.

“Biz Səudiyyə Ərəbistanına COP29 çərçivəsində Azərbaycana dəstək verdiyi üçün təşəkkür edirik. Ev sahibi ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizəyə öz töhfəsini verir və dünya ölkələrini bu mühüm tədbirə səfərbər etmək üçün səylər göstərir. Səudiyyə Ərəbistanının “yaşıl” enerjiyə keçidlə bağlı zəngin təcrübəsini nəzərə alaraq, Azərbaycanın COP29-a sədrliyi dövründə birgə təşəbbüslərin və fəaliyyətlərin həyata keçirilməsini təklif edirik”, - o deyib.

Nazir vurğulayıb ki, iki ölkə arasında iqlim dəyişikliyi ilə bağlı birgə səyləri müəyyən etmək üçün indiyədək keçirilmiş səmərəli görüşlər bu istiqamətdə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Öz növbəsində Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh Əl-Cuteyli qeyd edib ki, Ər-Riyad Azərbaycanın bu ilin noyabrında keçiriləcək COP29 konfransının təşkilini uğurla həyata keçirəcəyindən əmindir.

Son xəbərlər

Orphus sistemi