Romina Purmohtari: NCQG Paris Sazişinin məqsədlərinə nail olmaq üçün cəsarətli və aktual olmalıdır

Romina Purmohtari: NCQG Paris Sazişinin məqsədlərinə nail olmaq üçün cəsarətli və aktual olmalıdır İqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) cəsarətli və aktual olmalıdır.
COP29
20 Noyabr , 2024 14:34
Romina Purmohtari: NCQG Paris Sazişinin məqsədlərinə nail olmaq üçün cəsarətli və aktual olmalıdır

İqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) cəsarətli və aktual olmalıdır.

“Report” xəbər verir ki, bunu İsveçin iqlim və ətraf mühit naziri Romina Purmohtari COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

"Bu gün biz bəşəriyyət tarixində dönüş nöqtəsindəyik. İqlim dəyişikliyi burada və indi baş verən, bütün dünyaya təsir edən və birləşmiş, yorulmaz fəaliyyət tələb edən prosesdir", - o bildirib.

Nazir qeyd edib ki, İsveç Dubayda keçirilən COP28-də əldə edilmiş tarixi razılaşmanı alqışlayır.

"Biz COP29-da bu irsə hörmətlə yanaşmalıyıq. Bərpa olunan enerji iqlim fəaliyyətində mühüm yer tutur. Nüvə enerjisi də qlobal sıfır emissiyaya nail olmaqda əsas rola malikdir", - R.Purmohtari deyib.

R.Purmohtari vurğulayıb ki, gələn il Braziliyada keçiriləcək COP30-dan əvvəl ölkələr milli səviyyədə müəyyən edilmiş yeni töhfələr təqdim etməli və öhdəlikləri yerinə yetirməlidir.

"İsveç iddialı hədəflərin formalaşdırılması və həyata keçirilməsində etibarlı tərəfdaş olmağa hazırdır. Biz həmçinin 2045-ci ilədək iqlim neytrallığına nail olmaq niyyətindəyik. Strategiyamız biznes sektorumuzun dinamikası və innovasiyalardan istifadəyə əsaslanır, onun bir çox nümayəndələri COP29-a qatılıb, bərpa olunan enerji, nüvə enerjisi, dayanıqlı maliyyələşdirmə sahəsində qabaqcıl həllərin işlənib hazırlanmasında iştirak edir", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi