Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır

Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyətlərinin şəffaflığı məsələsinin müzakirəsini yüksək səviyyəyə qaldırıb.
COP29
10 Oktyabr , 2024 15:21
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır

Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyətlərinin şəffaflığı məsələsinin müzakirəsini yüksək səviyyəyə qaldırıb.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən paralel tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətən də iqlim şəffaflığı sahəsində mövcud platformalarla öz fəaliyyətlərini daha yaxşı əlaqələndirməyə kömək edən vahid platforma yaratmağa nail olub.

"Ümid edirəm ki, bu şəffaflıq prosesi həqiqətən iqlim dəyişikliyi sahəsində fəaliyyətləri gücləndirməyə və prosesə, əlbəttə ki, bütün maraqlı tərəflər arasında etimadı möhkəmləndirməyə kömək edəcək", - o bildirib.

Z.Süleymanova, həmçinin ümid edir ki, noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər ikiillik şəffaflıq hesabatı təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi