Qazaxıstan Parlamenti Məclisinin sədri: Azərbaycanı COP29-la bağlı dəstəkləyirik

Qazaxıstan Parlamenti Məclisinin sədri: Azərbaycanı COP29-la bağlı dəstəkləyirik Qazaxıstan Azərbaycanı bu ilin noyabrında Bakıda keçiriləcək COP29-la bağlı dəstəkləyir.
COP29
6 İyun , 2024 15:26
Qazaxıstan Parlamenti Məclisinin sədri: Azərbaycanı COP29-la bağlı dəstəkləyirik

Qazaxıstan Azərbaycanı bu ilin noyabrında Bakıda keçiriləcək COP29-la bağlı dəstəkləyir.

“Report”un məlumatına görə, bunu Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclasında deyib.

O bildirib ki, bu gün yaşıl gündəlik bütün ölkələr üçün vacibdir:

“Hazırda genişmiqyaslı çağırışlarla üzləşirik. Yazda Qazaxıstanda çətin vəziyyət var idi – daşqınlar, leysan yağışlar. Digər ölkələrdən bizə köməklik göstərdi. Bu köməyə görə təşəkkür edirik. Biz bir araya gəlməliyik. Çünki ölkələr iqlim dəyişikliyi ilə mübarizədə təkbaşına baş çıxara bilmərik. 2040-cı ilədək biz yaşıl gündəliyi həyata keçirməliyik. Bu gündəlik bizim parlamentlərimiz tərəfindən dəstəklənməlidir”.

Son xəbərlər

Orphus sistemi