“PwC Azerbaijan": ESG diaqnostikası məcburi ola bilər

“PwC Azerbaijan": ESG diaqnostikası məcburi ola bilər Azərbaycanda ətraf mühit, sosial və idarəetmə (ESG - Environmental, Social and Governance) diaqnostikası məcburi ola bilər.
COP29
21 Oktyabr , 2024 14:44
“PwC Azerbaijan: ESG diaqnostikası məcburi ola bilər

Azərbaycanda ətraf mühit, sosial və idarəetmə (ESG - Environmental, Social and Governance) diaqnostikası məcburi ola bilər.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “PwC Azerbaijan" şirkətinin nümayəndəsi Leyla Sadıxova Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.

Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan biznesi hazırlıq mərhələsinə keçib: “COP29 qanunvericiliyimizi inkişaf etdirməyə başlayıb. Məsələn, həm maliyyə, həm qeyri-maliyyə institutları müvafiq tədbirlər görməyə başlayıb. Xüsusən də dövlət müvafiq mexanizmlərinin - yol xəritələrinin hazırlanmasına başlayıb. Hesab edirəm ki, bu il bizim üçün mühüm ildir. Biz müvafiq hazırlıq və maarifləndirmə tədbirləri görməklə gələn il məhz icra mexanizminə addım ata bilərik. Beynəlxalq tənzimləmə çox mühüm rol oynayır, Azərbaycanda beynəlxalq mexanizminin qanunvericiliyi gətirilməsi üçün xüsusi ESG adaptasiya prosesinin keçirilməsinə ehtiyac var. Buna dövlət və özəl sektor hazır olmalıdır. Hesab edirəm ki, növbəti ilimiz məhz bizim bu ilin məntiqli nəticəsi olaraq bunların icra planının yerinə yetirilməsi olacaq".

O əlavə edib ki, növbəti ildən davamlılıq hesabatları, strategiyaların hazırlanması, bizneslərin ESG diaqnostikasına aparılması çox vacib addım olacaq: “Hazırda Azərbaycanda bu sahədə məcburi hesabatlıq tələbləri yoxdur. Lakin biz ekspertlər başa düşürük ki, növbəti illərdə artıq bu könüllü haldan, məcburi hala keçə bilər. Xüsusən də bu, bizim maliyyə sahəmizdə olan institutlara birinci şamil oluna bilər”.

“PwC Azerbaijan" rəsmisinin sözlərinə görə, artıq Azərbaycan Mərkəzi Bankı korporativ idarəetmə standartlarına ESG bankçılığı anlayışını və hesabatılıqda ESG faktorlarının daxil edilməsini tələb kimi qoyub.

Son xəbərlər

Orphus sistemi