Serbiya üçün Belqradda baş tutacaq EXPO-2027-nin "yaşıl texnologiya"lardan istifadə edilərək keçirilməsi çox vacibdir.
Bu barədə "Report"a müsahibəsində Serbiya parlament sədrinin müşaviri Marta Arsovska Tomovska bildirib.
"Biz təkcə EXPO-2027-nin "yaşıl" gündəliyə malik olacağını bəyan etmirik, həm də bütün dünyaya bunun konkret nümunələrlə həqiqətən mümkün olduğunu göstərmək istəyirik", - deyə o bildirib.
Onun sözlərinə görə, Serbiya Bakıda COP29 çərçivəsində yaşıl keçid kontekstində EXPO-2027-yə həsr olunmuş ilk təqdimatını keçirib.
Qeyd edək ki, Serbiyanın Azərbaycandakı səfirliyi Azərbaycan pavilyonunda "COP29-dan EXPO2027-yə" mövzusunda təqdimat keçirib və bu təqdimatda qlobal tədbirlərin keçirilməsi kontekstində Serbiyanın "yaşıl inkişafı" mövzusuna toxunulub.