Orxan Zeynalov: "Enerji keçidində kommunal şirkətlər əhəmiyyətlidir"

Orxan Zeynalov: "Enerji keçidində kommunal şirkətlər əhəmiyyətlidir" Enerji keçidində kommunal şirkətlərin və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası üçün infrastruktura investisiya qoyuluşunun əhəmiyyəti məlumdur.
COP29
15 Noyabr , 2024 16:59
Orxan Zeynalov: Enerji keçidində kommunal şirkətlər əhəmiyyətlidir
Orxan Zeynalov

Enerji keçidində kommunal şirkətlərin və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası üçün infrastruktura investisiya qoyuluşunun əhəmiyyəti məlumdur.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş Kommunal Xidmətlər üzrə Baş İcraçı Direktorların tədbirində bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanın sədrliyi ilə irəli sürülən 3 enerji təşəbbüsü bərpa olunan mənbələri hesabına enerji istehsalını 3 dəfə, enerji səmərəliliyini isə 2 dəfə artırmağa kömək edəcək.

"Təşəbbüslərdən biri - "yaşıl enerji dəhlizləri və zonaları" bərpa olunan enerjinin geniş miqyasda ötürülməsi üçün effektiv həll yoludur, əsas istehlak mərkəzlərindən uzaqda yüksək potensialı olan enerji mənbələrindən istifadə etməyə imkan verir. Azərbaycan hazırda 3 regional interkonnektora malikdir. "Yaşıl enerji zonaları" eyni zamanda xalis sıfır emissiya hədəfinə nail olmaq yolunda strateji vasitədir. Bu zonalar zəngin bərpa olunan enerji resurslarına, təmiz enerji istifadəsinə diqqət yetirir və onlara investisiyaların cəlb edilməsi, dayanıqlığın və iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verə bilir", - deyə nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi