Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"

Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir" Kiçik və Orta Bizneslərin (KOB) "yaşıl transformasiyası" qlobal miqyasda vacib məsələdir.
COP29
13 Noyabr , 2024 12:33
Orxan Məmmədov: KOB-ların yaşıl transformasiyası vacib məsələdir

Kiçik və Orta Bizneslərin (KOB) "yaşıl transformasiyası" qlobal miqyasda vacib məsələdir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, tədbirin "Mavi zonası"nda "KOB-ların yaşıl iqlim keçidi üçün "Bakı Koalisiyası Bəyannaməsi"nin imzalanmasından sonra bildirib.

Onun sözlərinə görə, bu sənəd KOB-ların "yaşıl transformasiyası"nı dəstəkləməyə və bu istiqamətdə müəyyən addımlar atmağa yönəlib: "Söhbət xüsusilə maliyyə dəstəyi ilə bağlı alətlərin artırılmasından, bilik və bacarıqların yüksəldilməsi istiqamətində işlərin aparılmasından gedir. Biz KOBİA olaraq, bu məsələ ilə bağlı qlobal təşəbbüslə çıxış etdik. İnanırıq ki, üzv ölkələr bu təşəbbüsü dəstəkləyərək KOB-ların "yaşıl transformasiyası"nı sürətləndirəcək".

Sədr həmçinin deyib ki, bütün dünyada şirkətlərin 90 %-i məhz KOB-lardır: "Odur ki, “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” BMT çərçivəsində dəstəklənəcək və daha çox üzv ölkə ona dəstək verərək KOB-ların "yaşıl keçidi"nə töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi