Nigar Arpadarai: Azərbaycanın məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır

COP29
  • 10 oktyabr, 2024
  • 10:52
Nigar Arpadarai: Azərbaycanın məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır

Azərbaycanın sədrlik edən tərəf kimi məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır.

"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət birləşməli və iqlim fəaliyyətlərini əlaqələndirmiş şəkildə həyata keçirməlidir.

"Müxtəlif regionlarda fərqli problemlər və imkanlar var, lakin hamımızın bir evi var - planet. Buna görə də bir-birimizə etibar etməliyik", - N.Arpadarai bildirib.

O qeyd edib ki, iddialı planlar çox vacibdir, lakin onların faktiki icrası barədə şəffaf hesabat real tərəqqini nümayiş etdirmək üçün daha vacibdir: "Beləliklə, qeyri-dövlət subyektləri həlledici rol oynayır. Onlar təkcə milli hesabatları tamamlamaqla deyil, həm də iqlim dəyişikliyi ilə mübarizə haqqında hesabatları formalaşdırmağa və təkmilləşdirməyə kömək edə biləcək dəyərli hesabatlar təqdim edirlər".