Niderlandlı nazir: Sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var

Niderlandlı nazir: Sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var Sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var.
COP29
18 Noyabr , 2024 11:02
Niderlandlı nazir: Sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var
Vinsent Karremans

Sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var.

"Report" xəbər verir ki, bunu Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyi hər kəsin, xüsusilə də uşaqların sağlamlığı üçün böyük riskdir:

"İqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır. Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik.

Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir".

Son xəbərlər

Orphus sistemi