Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir

Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir.
COP29
20 İyun , 2024 12:24
Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir

İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir.

“Report” xəbər verir ki, bunu “Sağlam gələcəyin proqnozlaşdırılması” sammitinin üçüncü günündə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

O bildirib ki, iqlim dəyişikliyi sağlamlığa ciddi təsir göstərir:

“Bu, özünü müxtəlif istiqamətlərdə göstərir. İqlim dəyişikliyi xüsusilə açıq havada işləyənlər üçün problemdir. Çünki onlar gün vurmasından qorunmur”.

N. Zeynalovun sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri barədə maarifləndirici tədbirlərin gücləndirilməsinə ehtiyac var:

“İnsanlar bəzən bu barədə düşünmürlər. Habelə fövqəladə hadisələrdə keyfiyyətli tibbi xidmətə ehtiyac var. İqlim dəyişikliyi ilə bağlı həssas qruplara xüsusi diqqət yetirmək lazımdır.”

Nazir müavini həmçinin koronavirus pandemiyası dövründə Azərbaycanda həyata keçirilən işlərdən də danışıb:

“COVİD-19 bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da çətinliklər yaratdı. Bu müddət ərzində ciddi işlər görüldü, xüsusi xəstəxanalar yaradıldı: Azərbaycan bu dövrdə beynəlxalq həmrəylik göstərildi. Ehtiyacı olan dövlətlərə dəstək göstərdik. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan malyariyadan azad ölkə elan edib. Biz bu vəziyyəti qorumağa çalışmalıyıq”.

Son xəbərlər

Orphus sistemi