Nazir: "İqlim maliyyələşdirilməsi ilə bağlı vəd edilən milyardlar COP29-da trilyonlara çevrilməlidir"

Nazir: "İqlim maliyyələşdirilməsi ilə bağlı vəd edilən milyardlar COP29-da trilyonlara çevrilməlidir" Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə konfransı kimi təyin olunub, çünki məhz bu konfransda milyardlar trilyonlara çevrilməli olacaq.
COP29
3 May , 2024 18:31
Nazir: İqlim maliyyələşdirilməsi ilə bağlı vəd edilən milyardlar COP29-da trilyonlara çevrilməlidir

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə konfransı kimi təyin olunub, çünki məhz bu konfransda milyardlar trilyonlara çevrilməli olacaq.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Banqladeşin ətraf mühit, meşə təsərrüfatı və iqlim dəyişikliyi naziri Saber Hosseyn Çoudhuri Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində “ADB-nin təkamülü ilə bağlı yol xəritəsi: Strategiya 2030-un yenilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“İqlim maliyyələşdirilməsi ilə bağlı 2025-ci ildən başlaması gözlənilən yeni kollektiv kəmiyyət hədəfimiz var”, - nazir bildirib.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda COP29 keçiriləcək. Konfransın əsas mövzularından biri iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi məsələsi olacaq.

Son xəbərlər

Orphus sistemi