Nazir: "Aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün vaxt lazımdır"

Nazir: "Aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün vaxt lazımdır" Azərbaycanda aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün vaxt lazımdır.
COP29
12 Noyabr , 2024 11:36
Nazir: Aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün vaxt lazımdır
Məcnun Məmmədov

Azərbaycanda aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün vaxt lazımdır.

Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"İqlim dəyişikliyi kənd təsərrüfatına mənfi təsir edir. Çünki, bir il quraqlıq olur, bir il yağış anormal şəkildə paylanır. Bir müddət lazımdır ki, fermerlər bu məsələlərə adaptasiya olunsun, buna uyğun olaraq əkin strukturunu qursun, aqrotexniki qulluğu həyata keçirsin", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 19-da kənd təsərrüfatı günü keçiriləcək: "Həmin gün iqlim dəyişikliyi və aqrar sektorun bir-birinə qarşılıqlı təsiri ətraflı müzakirə ediləcək. Havaya buraxılan qazlarda sektorun payı təxminən 15-20 %-dir. Bura həm metan qazı, həm karbon dioksid qazı daxildir".

Son xəbərlər

Orphus sistemi