Naxçıvanda İqlim dəyişikliyi və insan hüquqlarına həsr olunan konfrans keçirilir

Naxçıvanda İqlim dəyişikliyi və insan hüquqlarına həsr olunan konfrans keçirilir “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (
COP29
19 İyul , 2024 10:25
Naxçıvanda İqlim dəyişikliyi və insan hüquqlarına həsr olunan konfrans keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirlərinə dair məlumatlılığın artırılması məqsədilə tədbirlər keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, iyulun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Haqları İnstitutu və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans təşkil edilib.

Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, dövlət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekologiya könüllüləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi