Naxçıvan Dövlət Energetika Xidmətində COP29-la bağlı infosessiya keçirilib

Naxçıvan Dövlət Energetika Xidmətində COP29-la bağlı infosessiya keçirilib ​​​​​​​Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı infosessiya keçirilib
COP29
2 Oktyabr , 2024 17:23
Naxçıvan Dövlət Energetika Xidmətində COP29-la bağlı infosessiya keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı infosessiya keçirilib

"Report"un yerli bürosu xəbər verir ki, infosessiyada Xidmətin mütəxəssisləri iştirak ediblər.

İnfosessiyada çıxış edən Xidmətin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov iqlim böhranının qlobal miqyasda təsirlərindən danışaraq COP29-un bu istiqamətdə atılacaq yeni addımlar üçün həlledici rol oynayacağını vurğulayıb. O qeyd edib ki, COP29 çərçivəsində nəzərdə tutulan beynəlxalq razılaşmalar ölkələrin karbon emissiyalarını azaltmaq və təmiz enerji həllərinə daha çox yatırım etməsi üçün mühüm platforma olacaq.

Qeyd olunub ki, COP29-un Azərbaycanda keçirilməsi həm də ölkəmizin “yaşıl enerji” siyasətinə qlobal miqyasda verilən dəyərdir.

M. Abbasov qeyd edib ki, gələcəkdə Naxçıvanda 7 992 hektar əkinə yararsız torpaq sahəsində “yaşıl enerji” layihələrinin reallaşdırılması da mümkün olacaq. Energetika Xidməti tərəfindən “yaşıl enerji” layihələrinin icrası ilə bağlı mütəmadi işlər aparılır.

İnfosessiyada Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev COP29 çərçivəsində Naxçıvanda görülən işlərdən və Naxçıvanda keçiriləcək "Greenfest"ə hazırlıq prosesindən danışıb.

Xidmətin mütəxəssisləri tərəfindən “yaşıl texnologiyalar”ın inkişafı, Naxçıvanda “yaşıl enerji”yə keçidlə bağlı yerli təşəbbüslər, Naxçıvanın “yaşıl enerji” potensialı və atmosferə buraxılan karbon qazının azaldılması müzakirə olunub.

İnfosessiyanın sonunda COP29-un əsas prioritetləri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə tədbirləri haqqında maarifləndirici video-çarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi