Muxtar Babayev GECF-in baş katibi ilə COP29-a hazırlığı müzakirə edib
Muxtar Babayev GECF-in baş katibi ilə COP29-a hazırlığı müzakirə edibCOP29-un prezidenti Muxtar Babayev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.
COP29-un prezidenti Muxtar Babayev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə GECF-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
Görüş zamanı M.Hamel Azərbaycanın COP-a ev sahibliyi edən üçüncü GECF üzvü olduğunu bildirib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsində GECF-in dəstəyini ifadə edib.
Bundan başqa, iqlim maliyyəsinin əhəmiyyəti, xüsusilə iqlim maliyyəsi üçün yeni kəmiyyət hədəfinin müəyyən edilməsi, həmçinin texnologiya transferi və potensialın yaradılmasının vacibliyi müzakirə edilib.
Baş katib təbii qazın əlverişli, etibarlı və dayanıqlı enerjinin təmin edilməsində mühüm rolunu da vurğulayıb. O, Azərbaycanın enerji siyasətini yüksək qiymətləndirib və bildirib ki, GECF COP29-da pavilyon açmaq niyyətindədir.
H.E. Mohamed Hamel, Secretary General of the Gas Exporting Countries Forum (GECF), held a productive bilateral meeting with H.E. Mukhtar Babayev, COP29 President-Designate and Azerbaijan’s Minister of Ecology and Natural Resources. During the meeting, H.E. Hamel noted that… pic.twitter.com/uGXeYhyJss
— Gas Exporting Countries Forum (@GECF_News) June 6, 2024