Muxtar Babayev: COP29-da "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirməyə çalışacağıq

Muxtar Babayev: COP29-da "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirməyə çalışacağıq Çalışacağıq ki, COP29 çərçivəsində "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirək.
COP29
13 Noyabr , 2024 13:19
Muxtar Babayev: COP29-da yaşıl dünyanın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirməyə çalışacağıq

Çalışacağıq ki, COP29 çərçivəsində "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirək.

"Report" xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən son aylar ərzində bir çox ölkələrə səfərlər təşkil edilərək planlar müəyyən edilib:

"Təbii ki, biz COP29-da bu planların tarazlı şəkildə həyata keçirilməsinin tərəfdarıyıq. Bizim üçün aydındır ki, inkişaf etməkdə olan dövlətlərin problemlərini aradan qaldırmalıyıq. Biz eyni zamanda beynəlxalq maliyyə təsisatları ilə təmaslar yaratdıq. Maliyyələşmədə tarazlığı bərpa etmək çox vacibdir.

Biz artıq itkilər və zərərlər fondu haqqında, həmçinin vəsaitlərin ayrılmasından danışırıq. Azərbaycan bu çağırışları nəzərə alaraq öz planını müəyyən edib. Biz Yaşıl İqlim Fonduna müraciət edərək onların verəcəyi dəstəklə bağlı razılığa gəlmişik, rəhbərlər qarşısına iddialı bir gündəlik qoymuşuq. COP29 çərçivəsində bu məsələləri müzakirə edəcəyik və çalışacağıq ki, "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirək".

Son xəbərlər

Orphus sistemi