Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edibAzərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq, planetdə gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
President-Designate Mukhtar Babayev and the #COP29 leadership team welcomed @JohnKerry to the @azembassyus during the #IMFMeetings to discuss the ambitious action we must undertake together this year to ensure a livable planet for years and generations to come pic.twitter.com/n88184OHsQ