Muxtar Babayev AGN koordinatorları ilə iqlim maliyyələşdirilməsini müzakirə edib
Muxtar Babayev AGN koordinatorları ilə iqlim maliyyələşdirilməsini müzakirə edibCOP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Afrika Danışıqçılar Qrupunun (AGN) aparıcı koordinatorları ilə görüşüb.
COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Afrika Danışıqçılar Qrupunun (AGN) aparıcı koordinatorları ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Qeyd olunub ki, görüşdə tərəflər iqlim maliyyələşdirilməsi və adaptasiya məsələlərini, həmçinin digər vacib məsələləri müzakirə ediblər.
"İqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) müzakirələrin əsasını təşkil edəcəyi üçün COP29 Afrikada iqlim dəyişikliyinə dayanıqlığa və adaptasiyaya töhfə verən tərəqqiyə nail olmağı hədəfləyir", - məlumatda bildirilib.
Today, COP29 President Designate Mukhtar Babayev met with the African Group of Negotiators (AGN) Lead Coordinators to Baku as they begin preparations for Africa's key role at #COP29. Ahead of the conference, the AGN coordinators are focusing on climate finance and adaptation,… pic.twitter.com/VIucXdxmWh