Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb

Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin qarşısında duran əsas maneə inkişaf etməmiş kapital bazarının mövcudluğudur.
COP29
14 Noyabr , 2024 14:53
Mərkəzi Asiyada dayanıqlı yaşıl maliyyənin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb

Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin qarşısında duran əsas maneə inkişaf etməmiş kapital bazarının mövcudluğudur.

“Report”un xəbərinə görə, bunu Astana Yaşıl Maliyyə Mərkəzinin (AIFC) sədri Manas Gizhduaniyev COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə deyib.

“Yaşıl istiqrazlar" məsələsində taksonomiya mühüm rol oynayır. 2020-ci ildə Qazaxıstanda belə bir taksonomiya mövcud deyildi. Biz onu beynəlxalq standartlardan istifadə edərək yaratdıq. Eyni zamanda, Qırğızıstan, Azərbaycan və Özbəkistan da öz taksonomiyalarının əsasını qoyublar. Lakin Mərkəzi Asiyada dayanıqlı maliyyənin qarşısını alan əsas problemlərdən biri inkişaf etmiş kapital bazarının olmamasıdır ki, bu da "yaşıl istiqraz" kimi maliyyə alətlərinin əlçatanlığını məhdudlaşdırır və kapital bazarının inkişafını ləngidir.

Bu əngəllər yalnız bununla bitmir. Beynəlxalq standartlar baxımından standartlaşma, qəbul prosesi və üçüncü tərəfdən təsdiq ilə bağlı da çətinliklər mövcuddur,” - deyə M.Gizhduaniyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi