BMT BA-nın 73-cü sessiyasının sədri: COP29 maliyyələşdirmə ilə bağlı məqsədlərə nail olmağa kömək edəcək

BMT BA-nın 73-cü sessiyasının sədri: COP29 maliyyələşdirmə ilə bağlı məqsədlərə nail olmağa kömək edəcək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) maliyyələşdirmə ilə bağlı aydın məqsədlərə nail olunması gözlənilir.
COP29
15 Mart , 2024 16:24
BMT BA-nın 73-cü sessiyasının sədri: COP29 maliyyələşdirmə ilə bağlı məqsədlərə nail olmağa kömək edəcək

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) maliyyələşdirmə ilə bağlı aydın məqsədlərə nail olunması gözlənilir.

Bunu "Report"a açıqlamasında BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa (Maria Fernanda Espinosa) deyib.

Onun sözlərinə görə, qarşıdan gələn konfrans 2030-cu ilə qədər daha yaxşı uyğunlaşma strategiyasının hazırlanmasına kömək edəcək, bu zamana qədər qlobal emissiyalar 40 faizdən çox azalmalı və sonra 2050-ci ilə qədər “xalis sıfır”a çatmalıdır: “COP29 məsələsində, məncə, dünyanın cavab gözlədiyi üç sual var: bu, iqlimin maliyyələşdirilməsi üçün yeni bir məqsəd, yəni “xalis sıfır”a keçidin nə qədər başa gələcəyi, bu vəsaitlərin haradan gələcəyi, hansı ölkələrin və cəmiyyətlərin investisiyaya daha çox ehtiyacı olduğu və biz Paris Sazişini necə həyata keçirəcəyimiz və emissiyaları birdəfəlik azaldacağımız barədə razılığa gəlməkdir”.

Onun sözlərinə görə, iqlim, təəssüf ki, aşağı karbon texnologiyalarına çıxışı olan, daha çox adaptasiya qabiliyyətinə malik olan və digərlərinə nisbətən daha çox resurslara sahib olanlar arasında bərabərsizlik fərqini genişləndirən amilə çevrilib: “Amma əksinə, iqlim bərabərləşdirici olmalıdır. “Yaşıl texnologiya”lara, davamlı qida sistemlərinə çıxış bərabər olmalıdır. Bunun üçün çalışırıq. Beləliklə, bu yeni iqlim maliyyəsi məqsədi vacibdir”.

M.F.Espinosa bildirib ki, ikinci əsas məqsəd keçid prosesinin və investisiyaların bərabərliyi və yoxsulluqla mübarizəni təşviq etməsini təmin etməkdir: “İkinci əsas məqsəd - keçid və investisiyaların bərabərliyin və yoxsulluqla mübarizənin təşviqini təmin etməsidir. Üçüncüsü, hesab edirəm ki, uyğunlaşma üzrə resursları ikiqat artırmaq və COP28-də artıq inanılmaz irəliləyiş əldə etmiş uyğunlaşma hədəfinə nail olmaq vacibdir. Hər kəsin gözləntiləri var. İndi isə iqlimin qayğısına qalmaq və ona görə məsuliyyət daşımaq qlobal vətəndaşlığın təzahürüdür”.

O qeyd edib ki, COP29 konfransı həm də sülh gündəliyinə töhfə verə bilər: “Biz Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi üzərində işi başa çatdırmağı səbirsizliklə gözləyirik”.

Son xəbərlər

Orphus sistemi