Azərbaycan “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannaməni imzalamaqla uşaqlar və gənclərin hamımız üçün xüsusi diqqət mərkəzində olması siqnalını verdi.
“Report” xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannamənin imzalanma mərasimində qeyd edib.
O deyib ki, COP29 Sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb:
"İqlim dəyişikliyi müzakirə edilərkən burada uşaqları və gəncləri diqqətdə saxlamalıyıq. Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün. Önümüzdəki həftələr ərzində və sonrakı aylarda gənclər üçün iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün əlavə imkanlar olacaq".
O əlavə edib ki, iqlim maliyyəsinin uşaqlar və gənclər üçün əlçatan olması təmin edilməlidir.