Kristina Borrero: COP29 enerji təhlükəsizliyini artırmaqla bağlı unikal imkandır

Kristina Borrero: COP29 enerji təhlükəsizliyini artırmaqla bağlı unikal imkandır BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ideyaları Avropanın enerji təhlükəsizliyini gücləndirəcək şəkildə kristallaşdırmaq üçün unikal fürsəti təmsil edir.
COP29
4 İyun , 2024 11:36
Kristina Borrero: COP29 enerji təhlükəsizliyini artırmaqla bağlı unikal imkandır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ideyaları Avropanın enerji təhlükəsizliyini gücləndirəcək şəkildə kristallaşdırmaq üçün unikal fürsəti təmsil edir.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, konfrans bərpa olunan enerjiyə investisiyaların artırılmasına, sənaye bazasının gücləndirilməsinə, ədalətli enerji keçidinin və Avropa bazarında ticarətin təşviqinə kömək edəcək. Tədbir eyni zamanda əsrin ortalarına qədər iqtisadiyyatı “xalis sıfır” istixana qazı emissiyalarına nail olmağa yönəldəcək.

Son xəbərlər

Orphus sistemi