Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib

Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib Kot-d'İvuarlı danışıqlarçılar Bakıda keçiriləcək COP29-da iştiraka fəal şəkildə hazırlaşırlar.
COP29
25 Oktyabr , 2024 16:37
Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib

Kot-d'İvuarlı danışıqlarçılar Bakıda keçiriləcək COP29-da iştiraka fəal şəkildə hazırlaşırlar.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Bonua şəhərində Kot-d'İvuar danışıqçılarının bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.

Kot-d'İvuar Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi ilə mübarizə departamentinin direktoru Erik-Mişel Assamua bildirib ki, Bakıda keçiriləcək konfransda ölkə üçün prioritet məsələlər İtki və Zərərə cavab verən fondun yaradılması olacaq.

Eləcə də, iqlim maliyyəsinə çıxışın gücləndirilməsi, "Cənub-Cənub" və "Şimal-Cənub" formatında əməkdaşlıq, həmçinin bütün ölkələrin iqlim texnologiyalarına çıxış da bura daxildir.

M.Assamua danışıqlar aparan tərəfləri təsirlərin azaldılması, uyğunlaşma, bazar mexanizmləri və şəffaflıq məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi