Konqresmen: İqlim problemlərini texnologiyalar vasitəsilə qalıq yanacaqdan imtina etmədən həll etmək olar

Konqresmen: İqlim problemlərini texnologiyalar vasitəsilə qalıq yanacaqdan imtina etmədən həll etmək olar Yeni texnologiyaların tətbiqi çirklənmə ilə mübarizə aparmağa və istixana qazı emissiyalarını azaltmağa kömək edir.
COP29
16 Noyabr , 2024 17:04
Konqresmen: İqlim problemlərini texnologiyalar vasitəsilə qalıq yanacaqdan imtina etmədən həll etmək olar

Yeni texnologiyaların tətbiqi çirklənmə ilə mübarizə aparmağa və istixana qazı emissiyalarını azaltmağa kömək edir.

“Report” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında ABŞ konqresmeni Morqan Qriffit deyib.

O, ətraf mühitin çirklənməsi ilə mübarizə və emissiyaların tutulub saxlanması üçün yeni texnologiyaların öyrənilməsi və tətbiqinin vacibliyini qeyd edib.

"Düşünmürəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edəcək texnologiyaların inkişafına kifayət qədər diqqət yetiririk. Lakin ABŞ-də mükəmməl universitet tədqiqatları sistemi var. Məsələn, mənim dairəmdə Virciniya Texnologiya İnstitutu fəaliyyət göstərir ki, burada bir çox tədqiqatlar aparılır", - M.Qriffit qeyd edib.

Konqresmen vurğulayıb ki, texnologiyalar təbii ehtiyatlardan asılı olan regionların qalıq yanacaqdan istifadəsinə qadağa qoymadan uyğunlaşmağa imkan verir:

"Texnologiyalar vasitəsilə biz qalıq yanacaqdan tam imtina etmədən iqlimin çirklənməsi problemlərini həll edə bilərik”.

M.Qriffit həmçinin bu texnologiyaların inkişafında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və daha təmiz planet yaratmaq üçün işləməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi