Bakıda keçirilən COP29 iqlim konfransı Cənubi Qafqaz üçün mühüm hadisədir.
“Report”un məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazıb.
“Mən Cənubi Qafqaz regionu üçün mühüm mərhələ olan COP29-da iştirak etməkdən şərəf duydum. Biz tərəfdaşlarla birlikdə iqlim dəyişikliyi ilə bağlı problemləri və davamlı gələcək üçün effektiv həll yollarını araşdırdıq. Gürcüstan iqlim böhranı ilə mübarizəyə sadiqdir və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edəcək”, - o bildirib.
I was privileged to participate in #COP29 in Baku a meaningful milestone for the South Caucasus region. Together with partners, we addressed climate change challenges and explored effective solutions for a sustainable future. remains devoted to overcome the climate crisis… pic.twitter.com/Inz17ceLzL