Koreyalı nazir: Karbonsuz enerji mənbələrini fəal şəkildə inkişaf etdiririk
COP29
- 19 noyabr, 2024
- 13:42
Cənubi Koreya iqlim böhranı ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib.
“Report” xəbər verir ki, bunu Cənubi Koreyanın ekologiya və iqlim məsələləri üzrə naziri Kim Vansop COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
Onun sözlərinə görə, ölkə emissiyaları 13,9 % azaldıb, eyni zamanda karbon izini azaltmaqla iqtisadi artıma nail olub.
Nazir vurğulayıb ki, Cənubi Koreya bərpa olunan enerji və nüvə enerjisi kimi karbonsuz enerji mənbələrini fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.
Cənubi Koreya, həmçinin 10 ölkənin daxil olduğu Karbonsuz Enerji Alyansının (CFA) yaradılmasına təşəbbüs göstərib. Nazir digər ölkələri karbon neytrallığının təmin edilməsinə yönəlmiş bu hərəkata qoşulmağa çağırıb.
Son xəbərlər
16:37
XİN: Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün zəruri planlaşdırma işləri aparılır
Daxili siyasət16:37
ATƏT PA-nın nümayəndə heyəti Gürcüstana səfər edəcək
Region16:29
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Xarici siyasət16:18
Gürcüstanda iki müxalif siyasətçi Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb
Region16:09
Bakının mənzil bazarında 2 ayın mənzərəsi: qiymətlər sabit tempdə artır - ARAŞDIRMA
Biznes16:03
Foto
Pakistanın daha 4 vətəndaşı, o cümlədən 1 diplomat Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3
Xarici siyasət15:59
Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıq
Xarici siyasət15:46
İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir
Digər ölkələr15:32