Dünya ictimaiyyəti iqlim dəyişikliyi ilə mübarizə aparmalı və onun fəsadlarının öhdəsindən gəlməlidir.
"Report" xəbər verir ki, bunu Keniyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin katibi Festus Nqeno bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib
O bildirib ki, iqlimə uyğunlaşma əvvəllər ayrı-ayrı ölkələrin lokal səviyyəli problemi kimi qəbul edilsə də, indi dünya ictimaiyyəti bu problemin qlobal xarakter alaraq birgə əməkdaşlıq tələb etməsi ilə razılaşıb.
"Afrika İttifaqı və onun regional iqtisadi birlikləri iqlim risklərini aradan qaldırmaq üçün koordinasiya və əməkdaşlığın sürətləndirilməsi istiqamətində institusional mexanizmlərə malikdir", – katib qeyd edib.