İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər

İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər Bakıda İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.
COP29
11 Noyabr , 2024 18:33
İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər

Bakıda İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.

“Report” xəbər verir ki, görüş COP29 konfransının keçirildiyi Bakı Olimpiya Stadionundakı İSESKO pavilyonunda baş tutub.

Tərəflər təşkilatlar arasında tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə ediblər.

Əl-Malik İSESKO-nun TDT ilə tərəfdaşlıq çərçivəsində təşəbbüslər, proqramlar və layihələr hazırlamağa sadiq olduğunu vurğulayıb. İSESKO rəhbərinin sözlərinə görə, bu əməkdaşlıq onun yanvar ayında TDT-nin İstanbuldakı mənzil-qərargahına səfəri zamanı təşkilatlar arasında imzalanması planlaşdırılan sazişlə rəsmiləşdiriləcək.

Öz növbəsində, K.Ömüralıyev İSESKO-nun ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması sahəsində TDT ölkələrinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi təşkilatın İSESKO ilə əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi