"İqlim Skaneri"nin təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək

"İqlim Skaneri"nin təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək "İqlim Skaneri" alətinin təkmilləşdirilməsi üzrə işlərin davam etdiriməsi nəzərdə tutulur.
COP29
14 Noyabr , 2024 13:36
İqlim Skanerinin təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək

"İqlim Skaneri" alətinin təkmilləşdirilməsi üzrə işlərin davam etdiriməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə alətin ilkin nəticələrinin açıqlanması ilə bağlı tədbirdə bildirilib.

Xatırladaq ki nəticələr noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə ictimailəşdirilib.

"İqlim fəaliyyəti mexanizmlərinin icmalını təqdim etmək, müvafiq məlumatları qlobal ictimaiyyətə effektiv şəkildə çatdırmaq məqsədilə fəaliyyət planlaşdırılır", - deyə tədbirdə qeyd olunub.

Bundan başqa, Braziliyanın Ali Audit Orqanı (AAO) enerji keçidlərinin auditinə dair təlimat hazırlanıb. Sənəd Braziliya və digər qurumların təcrübəsinə əsaslanaraq, dövlət siyasətlərinin monitorinqi üçün hərtərəfli və çevik yanaşma tətbiq etməklə, AAO-lara enerji keçidi fəaliyyətlərini yoxlamaqda kömək etmək məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi