İqlim məsələləri üzrə avrokomissar: COP29-un yekunları üzrə yaxşı nəticələr gözləyirik

İqlim məsələləri üzrə avrokomissar: COP29-un yekunları üzrə yaxşı nəticələr gözləyirik İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra konfrans çərçivəsində aparılan danışıqlar üzrə COP29-da həftənin sonuna qədər müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
COP29
18 Noyabr , 2024 15:34
İqlim məsələləri üzrə avrokomissar: COP29-un yekunları üzrə yaxşı nəticələr gözləyirik

İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-da həftənin sonuna qədər müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

“Report” xəbər verir ki, V.Hukstra bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"İnanıram ki, mürəkkəb geosiyasi kontekstə baxmayaraq, bu həftənin sonuna qədər yaxşı nəticə əldə edə bilərik və etməliyik", - Avropa Komissarı bildirib.

Onun sözlərinə görə, hələ qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində məhdudlaşdırılması hədəfinə çatmamışıq: "Texniki cəhətdən bunu edə bilərik. Beləliklə, bu o deməkdir ki, qarşılaşdığımız problem həqiqətən siyasidir".

Avropa Komissarı, həmçinin COP29 komandasını tərəflərə müraciət etməyə çağırıb, çünki onlar NCQG mətnlərini təqdim etməlidirlər: "Həmişə olduğu kimi, həmsədrlərin üzərinə bu sənədin hazırlanması üçün aydın və ağır məsuliyyət düşür. Bu, həqiqətən tərəflərin konfransıdır və nazirlər işə hazırdırlar".

Son xəbərlər

Orphus sistemi