İqlim fəalı: Növbəti veloyürüş planımız COP30-a gedən yolda Bakıdan Braziliyaya qədər getməkdir

İqlim fəalı: Növbəti veloyürüş planımız COP30-a gedən yolda Bakıdan Braziliyaya qədər getməkdir Növbəti veloyürüş planımız COP30-a gedən yolda səfərimizi Bakıdan Braziliyaya qədər etməkdir.
COP29
13 Noyabr , 2024 18:23
İqlim fəalı: Növbəti veloyürüş planımız COP30-a gedən yolda Bakıdan Braziliyaya qədər getməkdir

Növbəti veloyürüş planımız COP30-a gedən yolda səfərimizi Bakıdan Braziliyaya qədər etməkdir.

"Report" xəbər verir ki, bunu COP çərçivəsində elektrikli nəqliyyat vasitələri ilə ölkələrə səfər edən eko-macəraçı, iqlim fəalı Əli Abdo Elsayed jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, əslən Misir vətəndaşıdır. 3 nəfərdən ibarət komanda bir COP-dan növbəti COP-a ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi ilə səyahət edir:

"Səyahətlərdə Ginnesin Dünya Rekordları sahibiyəm. Mən Dubayda COP28-dən Bakı şəhərində keçiriləcək COP29-a elektrik velosipedi ilə həyəcanverici səyahətimi başa vurdum. Mənim "COP29-a Səyahət" ekspedisiyam oktyabrın 2-də Dubayda başladı və bu gün Bakıya çatdım. Bu səfər ərzində 10 ölkəni ziyarət etdik və hər ölkədə icmalarla görüşdük, bir çox məktəb və universitetlərə baş çəkdik, iqlim dəyişikliyinin müxtəlif icmalara təsirini vurğuladıq. Həmçinin iqlim dəyişikliyi ilə mübarizədə uğur hekayələrini və hər ziyarət etdiyimiz ölkədə davamlı həll yollarını vurğulayaraq təcrübələrimizi bölüşdük".

Misirli macəraçı deyib ki, növbəti il COP30-a gedən yolda səfərini Bakıdan Braziliyaya qədər etməyi planlaşdırır:

"Keçən il COP28-də bizim səfərimizin 2030-cu ilə qədər davam edəcəyi ilə bağlı öhdəlik götürdük. Ümid edirəm ki, bu tarixə qədər Yer kürəsini tam dövrə edəcəyik. Hər səfəri Ginnesin Rekordlar Kitabında qeydiyyatdan keçiririk ki, etdiyimiz işə etibarlılıq və hesabatlılıq verək. Bu, sənədləşdirilib, təsdiqlənib. Bu sertifikat təsdiq edir ki, biz bütün bu ölkələri və şəhərləri ziyarət etmişik".

Son xəbərlər

Orphus sistemi