İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün əhəmiyyətli riskə çevrilib.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) baş direktorunun müavini Bo Li COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, IMF-nin missiyalarından biri qlobal makroiqtisadi və maliyyə sabitliyini dəstəkləməkdir: "Bu, həm "yaşıl inkişaf" üçün, həm də "yaşıl iş yerləri"nin yaradılması baxımından imkanlar açır. Məhz buna görə də, üç il əvvəl Fondun İdarə Heyəti olaraq IMF üçün ilk iqlim strategiyasını təsdiqlədik. İqlim dəyişikliyi kimi uzunmüddətli problemlərin həllində üzv ölkələri dəstəkləmək üçün kreditlər nəzərdə tutulub. Son iki il ərzində yeni davamlılıq və sabitlik aləti çərçivəsində 20 ölkə üçün maliyyələşdirməni təsdiqlədik və ölkələrə, xüsusilə də aşağı gəlirli ölkələrə dəstək olmaq üçün 48 milyard ABŞ dolları cəlb edildi".