Holger Lesx: “iqlim mühafizəsini biznes fürsətinə çevirməyin vaxtıdır”

Holger Lesx: “iqlim mühafizəsini biznes fürsətinə çevirməyin vaxtıdır” İqlim mühafizəsini iqtisadi fürsətə çevirmək qlobal iqtisadiyyat üçün vacibdir.
COP29
18 Noyabr , 2024 15:25
Holger Lesx: “iqlim mühafizəsini biznes fürsətinə çevirməyin vaxtıdır”

İqlim mühafizəsini iqtisadi fürsətə çevirmək qlobal iqtisadiyyat üçün vacibdir.

“Report” xəbər verir ki, bunu Alman Sənaye Federasiyasının (BDI) rəsmisi Holger Lesx (Holger Lösch) COP çərçivəsində keçirilən “Transformasiyada rəqabətqabiliyyətlilik - firavanlığı və layiqli iş yerlərini Artırmaq üçün İqlim Mühafizəsini Necə Biznes Fürsətinə çevirmək Olar” adlı tədbirdə deyib.

H. Lesx iqlim neytrallığına keçid prosesində rəqabətqabiliyyətin qorunmasının əhəmiyyətini vurğulayaraq, qeyd edib ki:

“Bu transformasiya, yeni böyümə imkanları və bazarlar yaradır. Lakin bu proses Avropanın sənayeləşmiş ölkələri, xüsusilə Almaniya üçün çətinliklər də gətirir. Paris Sazişinin hədəflərinə çatmaq üçün iqlim mühafizəsini təkcə Almaniyada və Avropada deyil, bütün dünyada biznes üçün gəlirli hala gətirmək vacibdir.”

O əlavə edib ki, Alman sənayesi hazırda ciddi təzyiq altındadır və iqtisadi artım tempi zəifdir:

“Buna görə də, iqlim dəyişikliklərinə qarşı mübarizəni yalnız ekoloji məqsəd kimi deyil, eyni zamanda iqtisadi inkişaf üçün bir fürsət kimi görməliyik”.

h, Lesx transformasiya prosesində həm bizneslərin dəstəklənməsinin, həm də sosial ədalətli keçidin təmin edilməsinin vacib olduğunu vurğulayıb:

“Uğurlu transformasiya modeli həm ekoloji mühitin qorunmasını, həm də firavanlığın artırılmasını və rəqabətqabiliyyətin qorunmasını təmin etməlidir. Ədalətli və hər kəs üçün faydalı keçidə nail olmaq əsas şərtdir”.

Federasiya rəsmisi əlavə edib ki, iqlim mühafizəsinin biznes fürsətinə çevrilməsi ölkənin iqtisadi rifahını artırmaq və yeni iş yerləri yaratmaq üçün mühüm bir vasitədir.

Son xəbərlər

Orphus sistemi