Françesko Korvaro: Afrikada deqradasiyanın aradan qaldırılması istiqamətində addım atılmalıdır

Françesko Korvaro: Afrikada deqradasiyanın aradan qaldırılması istiqamətində addım atılmalıdır Torpaq deqradasiyası mövzusunda konkret plan qəbul olunub.
COP29
11 Oktyabr , 2024 16:14
Françesko Korvaro: Afrikada deqradasiyanın aradan qaldırılması istiqamətində addım atılmalıdır
Françesko Korvaro

Torpaq deqradasiyası mövzusunda konkret plan qəbul olunub.

"Report" xəbər verir ki, bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində dəyirmi masada deyib.

O qeyd edib ki, Afrika qitəsində deqradasiyanın aradan qaldırılması istiqamətində addım atılmalıdır:

"Bu məsələnin miqrasiya ilə əlaqəsi araşdırılıb. Yəni iqlim təsirləri nəticəsində yaranan insan axını problemini məhz İtaliya araşdırır. Biz ilk Avropa ölkəsiyik ki, bunu ciddi qabardırıq. Hesab edirik ki, inkişaf etməkdə olan ölkələrə - xüsusilə Afrika dövlətlərinə dəstək lazımdır. Dayanıqlı gələcək yaratmaq istəyiriksə, təkcə ölkəmiz üçün deyil, digər ölkələr üçün də məsləhətləşmələr aparmalıyıq.

Son xəbərlər

Orphus sistemi