Bakıda keçirilən COP29 iqlim konfransında gənclərin səsinin eşidilməsi və iqlim dəyişikliyi ilə mübarizədə göstərdikləri səylərin nəticə verməsi üçün bütün şərait yaradılıb.
Bunu “Report”a açıqlamasında Azərbaycan gənclərinin COP29-dakı nümayəndəsi Aysel Əzizova bildirib.
"Konfransda təşkilatçılar gənclərin davamlı inkişaf və iqlim məsələlərinə cəlb olunmasını nümayiş etdirərək, ideya mübadiləsi və planetin gələcəyinin müzakirəsinə şərait yaradırlar", - o qeyd edib.
Nümayəndə BMT-nin Baş katibi Antonio Quterreşin ötən gün müxtəlif ölkələrdən olan gənc eko-fəallarla görüşünün əhəmiyyətini vurğulayıb.
A.Əzizovanın sözlərinə görə, görüş zamanı gənclər təşəbbüslərinin əhəmiyyəti müzakirə olunub.
"Bu dialoq bizə iqlim dəyişikliklərinin səbəblərini və onların həlli yollarını daha yaxşı başa düşməyə kömək etdi, eləcə də gələcək fəaliyyət üçün dəyərli tövsiyələr verdi. Cənab Quterreş bizimlə çoxməzmunlu görüş keçirdi, suallarımızı cavablandırdı və bizi dinlədi", - o əlavə edib.