Fariz İsmayılzadə: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi araşdırmalar aparılmalıdır

Fariz İsmayılzadə: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi araşdırmalar aparılmalıdır İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün universitetlərdə elmi araşdırmalar da aparmaq lazımdır.
COP29
20 İyun , 2024 12:29
Fariz İsmayılzadə: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi araşdırmalar aparılmalıdır

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün universitetlərdə elmi araşdırmalar da aparmaq lazımdır.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumunda çıxışı zamanı deyib.

“Elmi araşdırmalar olmadan biz irəliləməyəcəyik. Məsələn, ADA Universiteti seminarlar keçirir, xarici universitetlərlə əməkdaşlıq edir və iqlim dəyişikliyi gündəliyini irəlilətmək üçün dünyanın hər yerindən elm adamları ilə əlaqələr qurur”, - o bildirib.

F.İsmayılzadə vurğulayıb ki, müasir dünyada KİV-ə açıq çıxış var. O, gəncləri bu qlobal problem haqqında daha çox məlumat əldə etmək üçün bu fürsətdən istifadə etməyə çağırıb: “Daha geniş cəmiyyətlərə müraciət etmək üçün Kütləvi informasiya vasitələrindən istifadə edin. Biz birlikdə böyük nəticələr əldə edə bilərik”.

Son xəbərlər

Orphus sistemi