Əsəd Şirinov: COP29 Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xüsusi qeyd edir

Əsəd Şirinov: COP29 Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xüsusi qeyd edir COP29 Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xüsusi qeyd edir.
COP29
22 May , 2024 11:08
Əsəd Şirinov: COP29 Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xüsusi qeyd edir

COP29 Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xüsusi qeyd edir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Bu hadisə bizim “yaşıl iqtisadiyyat”a keçidimizdə əsas mərhələdir. Bu hadisə Azərbaycanın beynəlxalq arenada hörmət və nüfuzunu xüsusi qeyd edir. Tərəflər Konfransının əsas aspektlərindən biri ondan ibarətdir ki, iştirakçı dövlətlər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət etmək üçün öz qanunvericiliklərini yeniləyirlər. Azərbaycan iqlim dəyişikliyi, davamlı inkişaf və ekologiya məsələlərinə ardıcıl olaraq xüsusi diqqət yetirir, hər il COP tədbirlərində ildən-ilə daha əhəmiyyətli nəticələrlə iştirak edir”, - o bildirib.

Onun sözlərinə görə, Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) zamanı Azərbaycanın təşəbbüsləri bilik mübadiləsinə və əməkdaşlığa töhfə verib: “İqlim dəyişikliyinin su ehtiyatlarına təsiri, alternativ su mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılmasına dair müzakirələr aparılıb. Bu təşəbbüslər ən yaxşı təcrübələri və texnologiyaları bölüşmək üçün maraqlı tərəfləri bir araya gətirərək regional və qlobal əməkdaşlığı araşdırmaq imkanı verib”.

Son xəbərlər

Orphus sistemi