Erlan Nısanbayev: "COP29-da "yaşıl layihələr" üçün yeni imkanlar yaranacaq" - EKSKLÜZİV

Erlan Nısanbayev: "COP29-da "yaşıl layihələr" üçün yeni imkanlar yaranacaq" - EKSKLÜZİV BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasın (COP29) əsas məqsədi iqlimlə bağlı "yaşıl maliyyələşdirmə"yə təkan verəcək yekun sənədlərin əldə olunmasıdır.
COP29
13 Noyabr , 2024 10:36
Erlan Nısanbayev: COP29-da yaşıl layihələr üçün yeni imkanlar yaranacaq - EKSKLÜZİV
Erlan Nısanbayev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlimlə bağlı "yaşıl maliyyələşdirmə"yə təkan verəcək yekun sənədlərin əldə olunmasıdır.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev bildirib.

O hesab edir ki, bununla "yaşıl layihələr"in həyata keçirilməsi üçün yeni imkanlar yaranacaq: “Xüsusilə inkişaf etməkdə olan ölkələr, o cümlədən Qazaxıstan və Azərbaycan üçün bu məsələ olduqca aktualdır. Ümid edirik ki, bu tədbirdə "yaşıl layihələr" üzrə məqsədlərimizi tam şəkildə reallaşdıra biləcəyik”.

Nazir vurğulayıb ki, Azərbaycanda keçirilən COP29 tədbiri çox yüksək səviyyədə təşkil olunub. “Qonaqlar üçün hər şey nəzərə alınıb və tədbir ən yüksək standartlara uyğun keçirilir”.

Son xəbərlər

Orphus sistemi