Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür
- 12 noyabr, 2024
- 10:57
COP29 Liderlər Sammiti həmrəyliyin və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyi altında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ümumi evimiz olan Yer planetinə fayda gətirməsini arzu edirəm. Bu sammit sərhədləri aşan həmrəyliyin və təbiət və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür", - o yazıb.
Ə.Ərdoğan, həmçinin Bakı konfransının daha ədalətli dünyanın qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Dost ve kardeş Azerbaycan’ın örnek ev sahipliğinde gerçekleştirilen Birleşmiş Milletler İklim Değişikliği Çerçeve Sözleşmesi 29. Taraflar Konferansı Dünya Liderleri İklim Zirvesi’nin, ortak evimiz dünya adına hayırlı olmasını diliyorum.
— Emine Erdoğan (@EmineErdogan) November 12, 2024
Bu zirve, sınırların ötesine uzanan bir… pic.twitter.com/MKKtKOGlhk