Elnur Soltanov: "Azərbaycan COP29 ilə bağlı yeni imkanlar yaradacaq"

Elnur Soltanov: "Azərbaycan COP29 ilə bağlı yeni imkanlar yaradacaq" Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanlar yaradacaq.
COP29
15 Aprel , 2024 11:47
Elnur Soltanov: Azərbaycan COP29 ilə bağlı yeni imkanlar yaradacaq

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanlar yaradacaq.

"Report" xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov sessiyanın baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada bu ilin noyabrında bütün dünyanın diqqəti Bakıda olacaq", - deyə o qeyd edib.

E.Soltanov əlavə edib ki, COP29-un Azərbaycanda keçirilməsini ölkəmizin "yaşıl enerji"yə keçid sahəsində atdığı addımların mükafatı kimi dəyərləndirmək olar: "Dünyada əhəmiyyətinə görə COP29-dan böyük tədbir yoxdur. Bu tədbir bütün dünyanın gözünü Azərbaycana çevirəcək, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirəcək, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq".

Son xəbərlər

Orphus sistemi