Əli Fakih: “İtki və Zərər Fondu”na ödənişlə bağlı öhdəliklər ədalətli şəkildə bölüşdürülməlidir

Əli Fakih: “İtki və Zərər Fondu”na ödənişlə bağlı öhdəliklər ədalətli şəkildə bölüşdürülməlidir “İtki və Zərər Fondu” faydalı təşəbbüsdür, çünki o, iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ən həssas ölkələr üçün maliyyə yardımına ehtiyac olduğunu qəbul edir.
COP29
3 İyun , 2024 15:19
Əli Fakih: “İtki və Zərər Fondu”na ödənişlə bağlı öhdəliklər ədalətli şəkildə bölüşdürülməlidir

“İtki və Zərər Fondu” faydalı təşəbbüsdür, çünki o, iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ən həssas ölkələr üçün maliyyə yardımına ehtiyac olduğunu qəbul edir.

Bunu "Report"a açıqlamasında Atlantik Şurasının elmi işçisi Əli Fakih deyib.

Ancaq alim bu gün ətraf mühitə daha çox ziyan vuran ölkələrin bu Fonda ən çox töhfə verməyə borclu olduğu fikri ilə razılaşmır.

Ə.Fakih bunu onunla izah edir ki, iqlim böhranı təkcə indiki sənayeləşmə proseslərinin deyil, həm də təxminən 200 il əvvəl baş vermiş keçmiş sənaye sıçrayışlarının nəticəsidir.

Alim buna nümunə hazırda istixana qazlarının ən böyük emitenti olan Çini göstərib və bunun tarixi nöqteyi-nəzərdən yeni bir hadisə olduğunu bildirib: “Tarixi göstəricilərə nəzər salsaq, bir çox Qərb ölkəsi, əvvəlki və daha uzun sənayeləşmə dövrü səbəbiylə atmosferdəki istixana qazlarının mövcud səviyyəsində çox böyük bir paya sahibdir”.

Ə.Fakih hesab edir ki, Çin kimi ölkələrdən Fonda yalnız mövcud emissiya səviyyəsinə əsaslanaraq ən çox töhfə verməsini tələb etmək ədalətsiz olardı. Bunun əvəzinə alim ətraf mühitin çirklənməsinin həm keçmiş, həm də indiki səviyyələrini xüsusi olaraq nəzərdən keçirməyi təklif edir.

Son xəbərlər

Orphus sistemi