Ekspert: “COP29 Azərbaycana iqlim gündəmini dünyada aktuallaşdırmaq imkanı verəcək”

Ekspert: “COP29 Azərbaycana iqlim gündəmini dünyada aktuallaşdırmaq imkanı verəcək” BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafa və beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulayır və bu tədbir onun beynəlxalq aləmdə nüfuzunu daha da
COP29
15 Dekabr , 2023 15:37
Ekspert: “COP29 Azərbaycana iqlim gündəmini dünyada aktuallaşdırmaq imkanı verəcək”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafa və beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulayır və bu tədbir onun beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirəcək.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, “Pakistan Economic Net & Daily Ittehad Media Group”un baş redaktorunun müavini Maaric Faruk deyib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif təşəbbüslərdə iştirak etməklə ekoloji davamlılığa və ətraf mühitin mühafizəsinə sadiqliyini nümayiş etdirərək iqlim dəyişikliyi ilə fəal mübarizə aparır: “O, enerji mənbələrinin şaxələndirilməsi istiqamətində də fəal iş aparır. Bu ölkə qalıq yanacaqlardan asılılığını azaltmağa çalışdığı üçün külək və günəş enerjisi kimi bərpa olunan enerji layihələrinə sərmayə qoyur. Fikrimcə, bu addım çox mühümdür və beynəlxalq aləmdə tendensiyanın dəyişməsinə töhfə verir. Bu keçid təkcə iqlim dəyişikliyinin fəsadlarının azaldılması üzrə qlobal səylərə töhfə verməyəcək, həm də Azərbaycanın davamlı enerji gələcəyinə sadiqliyinə nümunə olacaq. Üstəlik, Azərbaycan regional ekoloji layihələrdə fəal iştirak edir və karbon qazı emissiyalarının azaldılması, biomüxtəlifliyin qorunmasına yönəlmiş beynəlxalq müqavilələrin iştirakçısıdır”.

M.Faruk qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ona iqlim gündəmini irəlilətmək və davamlı enerji keçidində liderlik nümayiş etdirmək üçün strateji imkan yaradır: “Bu sessiyanın uğurlu keçməsi isə davamlı inkişafa çalışan digər neft hasil edən ölkələr üçün nümunə ola bilər”.

Ekspert deyib ki, COP29 həm də Azərbaycana “yaşıl texnologiya”lara investisiya cəlb etmək və ekologiya sahəsində yeni məqsədlərə nail olmaq imkanı verəcək.

Xatırladaq ki, dekabrın 11-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.

Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə keçirilib.

Son xəbərlər

Orphus sistemi