Efiopiya Prezidenti: Qlobal Şimal maliyyələşdirmə məsələsində sözdən əmələ keçməyə tələsmir

Efiopiya Prezidenti: Qlobal Şimal maliyyələşdirmə məsələsində sözdən əmələ keçməyə tələsmir Qlobal Şimal, xüsusilə Avropa ölkələri maliyyə öhdəlikləri məsələsində sözdən əmələ keçməyə tələsmirlər.
COP29
12 Noyabr , 2024 11:23
Efiopiya Prezidenti: Qlobal Şimal maliyyələşdirmə məsələsində sözdən əmələ keçməyə tələsmir

Qlobal Şimal, xüsusilə Avropa ölkələri maliyyə öhdəlikləri məsələsində sözdən əmələ keçməyə tələsmirlər.

“Report” xəbər verir ki, bunu COP29 çərçivəsində Efiopiya Prezidenti Taye Atske Selassie jurnalistlərə bildirib.

T.Selassie qeyd edib ki, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə maliyyə dəstəyinə ümid edirlər: “Lakin əlləri yana salıb maliyyələşdirməni gözləmək olmaz. Yerli fəaliyyətlər də lazımdır”.

Onun sözlərinə görə, Qlobal Şimal ölkələri iqlim dəyişikliyi ilə mübarizədə böyük siyasi iradə nümayiş etdirirlər, ancaq məsələnin maliyyə tərəfinə gəldikdə konkret addımlar atılmır.

"Bu, ya həmişə çox yavaş olur, ya da ümumiyyətlə, heç bir addım atılmır. Lakin bəzi ölkələr öhdəliklərə sadiq olduqlarını nümayiş etdirir, fərdi addımlar atırlar. Ancaq biz kollektiv fəaliyyət gözləyirik", - Efiopiya Prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi