Dünya Bankı iqlim dəyişikliyinin maliyyə sektoruna necə təsir etdiyini sistematik olaraq təhlil edir.
"Report" xəbər verir ki, bunu Bankın davamlı İnkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Dünya Bankı bunu təkbaşına edə bilməz. Hamımız birlikdə işləməliyik. Rəqabət aparmaqdansa prioritetlərimizlə bağlı razılığa gəlməliyik. Bəzən bir-birinə uyğun gəlməyən müxtəlif işlər görülür", - deyə o qeyd edib.